[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-116.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Samaxi Palace Platinium by Rixos” hotelində “Rezort Hotellərin İdarə Edilməsi” adlı təlim həyata keçirildi. Layihənin əsas məqsədi hotel sahəsində peşəkar olan şəxslərin təlimlərində iştirak etməklə tələbələrdə öz karyeralarını necə qurmağa dair təsəvvür yaratmaq və peşəkar vərdişlər aşılamaq, eyni zamanda regionlarda kadr çatışmazlığı məsələsinin həlli istiqamətində görüləcək işlər və ölkəmizdə yeni yaranmış rezort turizm növləri barədə tələbələri məlumatlandırmaq olub. Təlim iştirakçıları Azərbaycan Turizm İnstitutunun I və II kurs tələbələri arasından seçilmiş və onlara hotelin “Ön Büro”, “Satış və Marketinq”, “Qida və İçkilər”, “Insan Resursları”, “Hotel Təsərrüfatı” , “Qonaqlarla Ünsiyyət” şöbələrinin menecerləri tərəfindən təlimlər keçirilib. Təlimin ikinci günü isə hotelin Bakıdakı satış ofisində “Satış və Marketinq” şöbəsinin meneceri İlkin Rüstəmov tələbələrə əsasən satışın təşkili barədə geniş məlumat verib. Gələcək turizmçilər satış prosesinin iştirakçısı olublar. İki günlük təlim başa çatdıqdan sonra iştirakçılara sertifikatlar verilib, onların CV-ləri hotelin əlaqəli struktur rəhbərlərinə təqdim edilib.
Sonda layihənin rəhbəri Mirqulam Hadi, belə bir imkan yaratdığı üçün Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fonduna, xüsusən də fondun icraçı dırektoru Fərhad Hacıyevə təşəkkürünü bildirib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17872″ id=”17872″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]