[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-115.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının akt zalında “Azərbaycan paytaxtlarının xronologiyası” adlı fərdi layihənin təqdimat həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan tarixində Azərbaycan dövlətlərinin paytaxtı rolunda olan şəhərlər barəsində maarifləndirici kitab hazırlamaq və bu yolla gəncləri maarifləndirmək idi. Hazırlanan kitabda eramızdan əvvəldən bugünümüzə qədər Azərbaycan dövlətlərinin paytaxtı olan şəhərlərin xronoloji ardıcıllıqla sahələri, sosial-iqtisadi vəziyyətləri, abidələri, eləcə də foto şəkilləri yer almışdır. Kitabda məlumatlar həm Azərbaycan, həm də ingilis dilində çap olunmuşdur. Təqdimatdan sonra məlum kitabın gənclər arasında paylanması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasısın Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində qalib olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17862″ id=”17862″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]