[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-28.jpg” ]
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə“Azərbaycaı tanı” mövzusundakı layihəyə əsasən hazırlanan “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı qısa ensiklopedik toplu informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onlara Azərbaycanın cənub rayonlarının tanıdılmasının informasiya təminatı problemini həll etmək məqsədi ilə hazırlanıb.
Hazırlanan toplunun ideyası ölkə gənclərinin vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından ibarətdir.
Nəşrin məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın cənub bölgəsinin milli-mədəni irsi və tarixi haqqında geniş məlumatlandırılmasıdır.
Cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir.
Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir.
Topluda “Azərbaycan Gənclər Fondu: Gənclərin ideyalarının dostu” adlı məlumat xarakterli material, “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər strategiyası”, “Azərbaycanda dövlət gənclər siyasətinin nailiyyətləri” adlı məqalələr, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqarmının qısa xülasəsi, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları haqqında qısa ensiklopedik xarakterli materiallarəks olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17844″ id=”17844″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]