[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/IMG_9481.jpg” ]
Gənclər Turizm İctimai Birliyi, SharkHead Velosipedçilər Klubu, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Veloşəhər” adlı layihə həyata keçdi. Layihənin keçirilməsində məqsəd Bakı şəhərində velosiped idman növünün inkişaf etdirilməsi, ekoloji cəhətdən təmizliyi qoruyan, sağlamlığa xeyirli, eyni zamanda maddi cəhətdən çox sərfəli olan velosipedin nəqliyyat vasitəsi kimi əhəmiyyətini vətəndaşlar arasında təbliğ etməkdir. Layihə müddətində təlim proqramı, velotur və velosərginin keçirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub. Layihənin açılış mərasimi və Gənclər üçün nəzəri hissədən ibarət olan Velotəlimlər 23 avqust 2014-cü il tarixlərdə “World Business Center”-in konfrans zalında keçirilib. Layihə çərçivəsində gənc fəallar üçün təlim proqramı təşkil edib ki, bu da gənclərin velosipedin sağlam həyat tərzinin qurulmasında və sosial-psixoloji rolu və mühümlüyü sahəsində nəzəri, praktiki biliklərin artırılmasını qarşısına məqsəd qoyur. 24 avqust 2014-cü il tarixdə VeloParkda keçirilən Velotəlimin praktiki hissəsi zamanı psixoloji sessiya da təşkil olunub. Bu da iştirakçılar arasında stereotiplər və komplekslərdən azad olmaq üçün çox böyük bir təkan olacaqdır. Təlim proqramlarından sonra 30 avqust 2014-cü il tarixdə 200-ə yaxın velosiped sürən gənclərin iştirakı ilə Bakı şəhərində (saat 20:00-da Hökümət Evinin qarşısından başlayaraq) böyük bir “Veloyürüş” həyata keçirilib. Veloyürüş 19 km olmaqla Hökümət evinin qarşısında bitib. Layihə çərçivəsində 31 avqust 2014-cü il tarixdə saat 20:00-da velosiped satışı ilə məşğul olan xarici firmaların iştirakı ilə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında “VeloSərgi” və layihənin bağlanış mərasimi keçib. Velosərginin açılışından sonra sərgiyə gələn qonaqlar velosipedlərlə tanış olublar. Professional velosipedçilər tərəfindən göstərilən nömrələr sərgiyə xüsusi maraq qatıb. Tədbir müxtəlif oyunların keçirilməsi ilə davam etdirildi. Qaliblərə Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası tərəfindən hədiyyələr təqdim olundu. Sonda Gənclər Turizm İctimai Birliyinin sədri Ulviyyə Qəhrəmanlı, SharkHead Velosipedçilər Klubunun təsisçisi Dmitriy Qələbiyev, 2 Təkər Velosiped mağazasının nümayəndəsi Pərviz İlyasov layihənin 70 iştirakçısına sertifikat təqdim olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17813″ id=”17813″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]