[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/20140902_121100.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı kitab nəşr edilib. Kitabda əsasən Azərbaycan Respublikasında gənclərin inkişafına və fəaliyyətinə şərait yaradan qanunlar yer alıb. Kitab vasitəsi ilə gənclər qanuna əsaslanan sağlamlıq tədbirlərində iştirak etmək, ondan düzgün yararlanmaq kimi bilgilər əldə edə biləcəklər. Həftə ərzində nəşr olunmuş kitab Quba, Qusar və Xaçmaz gənclərinin ən çox toplaşdığı yerlərdə paylanacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17774″ id=”17774″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]