[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/SAM_2322.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Musayev Xalid Zakir oğlu Salyan və Neftçala rayonlarında həyata keçirdiyi “Warface game” gənclər arasında İKT festivalı layihəsi gənclər tərəfindən marağla qarşılanıb. Layihənin məqsədi gənclər arasında informasiya texnologiyalarının, online oyunların, İKT-nin yarattığı imkanların düzgün istifadəsinin təbliğ edilməsi və gənclərin asudə vaxtının səmərəli keçirməsinə yardımçı olmaqdır. Festivalda gənclərə informasiya texnologiyaları haqqında məlumatları özündə birləşdirən bukletlər paylanıb. Festivalda 40 nəfərdən çox gənc iştirak etmişdir. Festivalda qeyd olunub ki, İKT təhsil sahəsinə də nüfüz edib. İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar formasında olan tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır.
İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs zamanı və virtual rejimdə birgə işləyə və ünsiyyətdə ola bilərlər. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17762″ id=”17762″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]