[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-3.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məişət zorakılığına məruz qalmış gənc qadınlara dəstək” layihəsi icra edilir. Layihənin əsas məqsədi məişət zorakılığına məruz qalan gənc qadınlara dəstəyin göstərilməsi və bu mövzuda maarifləndirmə işinin həyata keçirilməsidir. Layihədən məişət zorakılığının və erkən nikahların qurbanı olmuş gənc xanımlar, ali və orta ixtisas məktəblərinin tələbələri faydalanacaqdır. Layihə məişət zorakılığna məruz qalan qadınlara psixoloji yardım göstərməklə yanaşı, həm də hüquqi maarifləndirmə işini həyata keçirir. Məişət zorakılığına məruz qalan qadınlar yaşadıqları hadisələrdən güclü travmalar alırlar və çox hallarda bunun zorakılıq olduğunun fərqində olmurlar. Layihə vasitəsi ilə birbaşa məişət zorakılığına məruz qalan qadınlarla hüquqi maarifləndirmə işi və fərdi psixoloji iş aparılır. Layihə çərçivəsində sosial iş, psixologiya və tibb təhsili alan tələbələr üçün üçün “Məişət zorakılığı” mövzusunda təlimlər keçiriləcəkdir. Təlimlərdə bu sahədə təcrübəsi olan psixoloq və hüquqşünas iştirak edəcəkdir. Layihənin ilk təlimi 31 avqust 2014-cü il tarixində baş tutub. Layihə ümumilikdə 16 iyun – 16 sentyabr 2014-cü il tarixlərini əhatə edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17704″ id=”17704″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]