[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed1.jpg ” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 29 avqust 2014-cü il tarixində Cəlilabad şəhərində “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə birliyin sədri Həbibə Qəribova açaraq tədbir iştirakçılarını salamlayıb, narkomaniya, siqaret, alkaqol və s. zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verib. Sonra Cəlilabad şəhər Şahmat məktəbinin direktor müavini Səməd Mirzəyev çıxış edərək mövzü ətrafında gənclərə öz tövsiyyələrini verib. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov çıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıb və tədbir haqqında öz tövsiyyələrini verib. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanılıb. Son olaraq birliyin nümayəndələri şəhər parklarında gənclər və ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər edib və bukletlər paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17697″ id=”17697″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]