[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-263.jpg ” ]
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə modelini formalaşdıraq!” layihəsi çərçivəsində Şirvan, Hacıqabul, Ucar, Kürdəmir, Yevlax və Bərdə rayonlarının hər birində 16-70 yaş arası qadın və qızlar üçün, 18-70 yaş arası oğlan və kişilər üçün Nikah Müqaviləsinin Mütləqiyyət tərtibatı problemlərini müəyyən etmək və yaranmış problemlərin həll olunma strategiyasının işlənməsi məqsədi ilə 6 təlim-seminar keçirib.
Layihə rəhbəri İsgəndər Ağakişiyevin sözlərinə görə bu fəaliyyət dövründə əhali arasında sosioloji sorğu keçirilib, Nikah müqaviləsinə aid olan rəy və təkliflər öyrənilib. Sorğunun nəticələri xüsusi məruzə (hesabatda) çap olunaraq, qanunverici, dövlət strukturları, KİV-lərin, VVAQ və məhkəmə nümayəndələrinin arasında yayımlanıb. Anketləşmə paytaxt Bakı ilə yanaşı Şirvan, Hacıqabul, Ucar Kürdəmir, Yevlax və Bərdə rayonlarında da keçirilib.