[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed63.jpg ” ]
«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cəza intiqam deyil, cəza tədbiridir” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir avqust ayının 27-də 10 saylı Cəza Çəkmə Müəssisəsində keçirilib. Layihənin məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. CÇM-nin əməkdaşları da iştirakı ilə keçirilən tədbirdə məhkumlar üçün mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə hüquqşünas Azərbaycan Respublikası Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev mövzu ilə əlaqədar ətraflı çıxış edib. Sonra məhkumların sualları cavablandırlıb, azadlıağa çıxıdıqdan sonra məhkumların sosial reabilitasiyası ilə bağlı qanunvericiliyin tələbləri haqqında məlumatlar diqqətə çatdırılıb. Layihə çərçivəsində mövzu ilə əlaqədar çap edilib kitab və buklet həm CÇM-ə təqdim edilmiş və iştirakçılar arasında paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17608″ id=”17608″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]