[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed59.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihənin növbəti təlimi avqustun 20-də həyata keçirilib. Təsdiq olunmuş icra planına uyğun olaraq bu dəfə bir qrup Qubalı gənc Qusar rayonuna avtoyürüş edib. Gənclər ilk öncə Quba Gənclər Mərkəzinin qarşısında toplanıblar. Daha sonra xüsusi bannerlər yerləşdirilmiş avtobusla Qusar rayonu istiqamətində avtoyürüş başlanılıb. Qusarda avtoyürüş iştirakçılarını Qusar rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Məcidov qarşılayıb. Qusar rayon Gənclər Evində toplantı təşkil olub və toplantını giriş sözü ilə Qusar rayon Gənclər və İdman İdarəsinin rəis müavini R. Məcidov açaraq iyul ayından start götürmüş bu layihənin Qusar gəncləri arasında müsbət qarşılandığını qeyd edərək, qonaq Quba gənclərini salamlayıb.
“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin sədri Ramin Xudayev layihə haqqında geniş məlumat verib. Bildirib ki, layihə artıq üçüncü aydır davam edir və bu müddətdə maarifləndirmə və təbliğat xarakterli bir sıra təlimlər həyata keçirilib.
Toplantıda həm Qubadan, həm də Qusardan olan gənclər çıxış edərək sağlamlıq sahəsində atılan hər bir addımın alqışa layiq olduğunu qeyd ediblər.
Toplantı bitdikdən sonra Quba gəncləri Qusar şəhərinin görməli və gəzməli yerlərinə ekskursiya ediblər.