[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-257.jpg ” ]
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Özünü tanı, hüququnu bil!” adlı layihəsi çərçivəsində Şəmkir və Göygöl bölgələrində maarifləndirici seminarlar təşkil edib. Seminarlarda gənc qızlar və qadınlar fərdi inkişaf yolları, erkən nikahın yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan Respublikası qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları, həmçinin layihənin effektivliyinin artırılması məqsədilə hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar. “Özünü tanı, hüququnu bil!” adlı layihə 22 avqust 2014-cü il tarixində Şəmkir bölgəsində, 23 avqust tarixində isə Ailə Qadın Problemləri üzrə Dövlət Komitəsi Göygöl rayon Ailələrə Dəstək Mərkəzi ilə əməkdaşılıq çərçivəsində Göygöl bölgəsində keçirilib. Tədbirlər problemin yerli icmalar ilə müzakirəsi zəminində ictimai dinləmələr və Kəpəz tv-də eyni “Özünü tanı, hüququnu bil!” adlı, mövzu ilə bağlı müxtəlif ekspert və qonaqların iştirakı ilə hazırlanacaq televiziya proqramı şəklində, oktyabr ayınadək davam edəcəkdir.
Xatırladaq ki, layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17575″ id=”17575″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]