[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-433.jpg ” ]
“Zəfəran ətirli, zoğal axtalı mətbəximizdə Gənc qızlardır – Kulinariya yarışması” layihəsi çərçivəsində Ağstafa rayonunda növbəti tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihədə əsas məqsəd Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə yardım etməkdir.
Azərbaycanın öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarışını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan, milli və mənəvi dəyərlərə sahib çıxan gəncləri var. Azərbaycan gəncliyinin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial müdafiəsinin, məşğulluğunun, təhsilinin təminatı, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik ruhunun artırılması, onların kütləvi surətdə dövlət quruculuğu prosesinə cəlb edilməsi, müasir qloballaşma əsrində öz güc, bilik və bacarıq potensialını ümummilli dövlət mənafeyinə xidmətə sərf edən mütəşəkkil qüvvə kimi formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Layihənin həyata keçirilməsində əsas məqsəd gənc qızlarımızı öz mətbəxinin xanımı, sahibi kimi yetişdirməkdir.Mətbəx maddi mədəniyyət abidəsidir. Mənfur qonşularımız torpaqlarımızın 20%-ni işğal edərək, indi də mətbəximizi işğal etməyə, onun gözəl nümunələrini “erməni mətbəxi” kimi qələmə verməyə çalışırlar. Bunlara yol verməmək üçün gənc qızlarımız öz adət – ənənələrimizi , mətbəximizi gözəl bilməlidir.
Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Hazırda Azərbaycan kulinariyasında xörəkləri hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş sürətdə nəzərə alınır. Layihədə iştirak edən 20 nəfər gənc xanımlarımız milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazanıblar, həmçinin müxtəlif milli xörəklərimizin, şərbətlərimizin hazırlanmasında birbaşa iştirak ediblər. Layihə Aytəkin Kərimova tərəfindən həyata keçirilir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17556″ id=”17556″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]