[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed52.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nuriyev Talib Natiq oğlu tərəfindən Sabirabad və Neftçala rayonlarında həyata keçirdiyi “Gənclərin sağlamlığının qorunması imkanlarının artırılması” adlı layihəyə başa çatıb. Layihənin məqsədi gənclər arasında idmanın,sağlamlığın təbliği, sağlamlığın qorunması yollarının düzgün izahı, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması, gənclərdə sağlamlıq ruhunun artırılması və asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır.Tədbir zamanı gənclərə maarifləndirici sağlamlıqla bağlı bukletler paylanılıb. Təlim vasitəsi ilə maarifləndirmə işlərinin aparılması gənclərin gələcəkdə pis vərdişlərə qarşı maraqın artmasına,onlarda pis vərdişlərdən qorunmaq üçün informasiya bazasının yaranmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaqdır. Əsas diqqət gənclərə sağlamlıq haqqında düzgün informasiyanın verilməsinə nail olmaq ,dolğun informasiya bazası yaratmaq və ən əsası təlimə qoşulan gənclərin maarifləndirmə işinin dəqiq,düzgün aparılmasıdır.Təlimdən ümumilikdə 40 nəfərdən çox gənc iştirak edib.Təlim zamanı sağlamlığın qorunması yolunda gənclərə geniş informasiya verilib.