[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-158.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Tamella Məmmədovanın rəhbərlik etdiyi “Məcburi köçkün gənclərinin məşğulluğuna dəstək” layihəsi davam edir. Layihə əsasən Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkün gəncləri arasında keçirilir.Layihə çərçivəsində 20 avqust 2014 tarixində Füzuli rayon Qayıdış kəndində 3 saylı Tikiş tədris mərkəzində “Peşə təlimi vasitəsiylə məşğulluğun təmin oluması” adlı görüş təşkil olunub. Görüş zamanı təlimçi Məhəmməd Əzizov gənclərə peşə təliminin sirləri,rayonda yerləşən peşə ixtisas məktəbləri və onların fəaliyyət növləri haqqında geniş məlumat verib və digər mövzularla bağlı təqdimatlar edib, interaktiv müzakirələr aparıb. İştirakçı gənclər tikiş tədris mərkəzində tikiş avadanlıqlarla və onların işləmə texnologiyası ilə tanış olublar. İştirakçılara layihe çərçivəsində çap olunmuş maarifləndirici bukletlər və materiallar paylanılıb. Sonda fəal gənclər belə görüşlərin tez-tez olmasının onların gələcək karyera planlaşdırılmasına böyük dəstək verəcəyini bildiriblər.