[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed45.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Teymurov Elçin Nüsrət oğlu tərəfindən Göyçay və Ağsu rayonlarında həyata keçirdiyi “Sport time” gənclər arasında çoxnövçülük festivalı adlı layihəsi uğurla başa çatıb. Layihənin məqsədi gənclər arasında idmanın təbliği,sağlamlığın qorunmasının istiqamətində fəaliyyətlərin təşkili, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması,gənclərə idmanın tarixi haqqında informasiyanın çatdırılması və asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır.Festival zamanı gənclərə maarifləndirici sağlamlıqla bağlı bukletler paylanılıb.Festival vasitəsi ilə maarifləndirmə işlərinin aparılması gənclərin gələcəkdə pis vərdişlərə qarşı marağın artmasına,onlarda pis vərdişlərdən qorunmaq üçün informasiya bazasının yaranmasına,idman haqqında yeni fikirlərin yaranmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaqdır. Əsas diqqət gənclərə sağlamlıq haqqında düzgün informasiyanın verilməsinə nail olmaq ,dolğun informasiya bazası yaratmaq və ən əsası festivala qoşulan gənclərin maarifləndirmə işinin dəqiq,düzgün aparılmasıdır.Festivalda ümumilikdə 30 nəfərdən çox gənc bir başa iştirakçı olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17463″ id=”17463″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]