[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-616.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hesablı Gənclik problemsiz gələcək” layihəsinin icrası başa çatıb. Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması onların kiçik və orta kreditlərdən səmərəli istifadə etməsi, eyni zamanda gənclər gələcək həyatlarında qarşıya çıxa biləcək hər hansı bir maliyyə problemini həll edə bilməsini, bundan çıxış yolu tapmasına yardımçı olmaq olub. Bununla bağlı keçirilən tədbirdə qeyd edilib ki, uşaq və gənclərin maliyyə savadlığının artırılması bank-maliyyə sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə uşaqlar pul resursları ilə davranışlarını və pula yanaşmasını artıq erkən yaşlarında mənimsəməlidirlər. Son illərdə uşaqlar və geniş əhali arasında maliyyə və sosial təhsil imkanlarının artırılması, məktəblilərə maliyyənin idarəedilməsi, vəsait yığımı, pulun düzgün planlaşdırılması və xərclənməsinə dair lazımi bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilir. Təlimlər 2 ay müddətində Mingəçevir, Qazax və Ağstafa rayonlarında yaşayan, təhsil alan, çalışan 150 dən çox gənci əhatə edib. Layihənin davamlılığı üçün sonda layihənin metodikası yerli Gənclər və İdman idarələrinə o cümlədən yerli QHT- lərə ekspert tərəfindən həvalə edilib. Regionlardakı gənclərin hər zaman dövlətin və ictimayyətin dəstəyini hiss etmələri və istedadlı gənclərin onlara göstərilən diqqətdən ruhlanaraq öz üzərlərində daha çox çalışıb, onlara bəslənən ümidləri doğrultmaları üçün bir Azərbaycanlı kimi bir birimizə dəstək olmaq üçün dövlətimizin bizə yaratdığı imkanlardan düzgün və səmərəli istifadə etməkdə biz gənclərin borcudur.