[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-518.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində C kateqoriyası (fərdi layihələr) üzrə qalibi olmuş “Öz karyeranı özün qur” layihəsinin icrasına başlanılıb. Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənın rəhbəri Saleh Həsənov bildirib ki, əsas məqsəd yeni məzun olmuş və təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbələri effektiv iş axtarma yolları, cəlbedici CV-lərin yazılması, intervyulərə hazırlaşma və iştirak, intervyulərdən sonra effektivliyin artırılması üçün atılan addımlar haqqında gəncləri məlumatlandırmaq, onları ölkəmizdə bu sahədə mövcud qanunvericiliklə tanış etməklə, gələcək uğurlu karyeralarını qurmalarına yardımçı olmaqdır. Bununla yanaşı iş axtaranın müsahibələrə psixoloji cəhətdən hazırlığına xüsusi yer ayrılması da qarşıda duran vəzifələrdəndir. Layihə çərçivəsində Bakı şəhərində təlim kursunun keçirilməsi nəzərdə tutulub. Layihəyə müəyyən edilmiş ixtisas istiqamətləri üzrə 30 aktiv gənc olmaqla iki qrup (cəmi 60 nəfər) cəlb olunacaq. Onlar doldurduqları müraciət ərizələri əsasında motivasiyasına və potensiallığına görə təlim kursuna iştirakçı olaraq seçiləcəklər. Qeyd edək ki, artıq nəzərdə tutulan təlimin daha effektiv və faydalı olması üçün səmərəli iş axtarma yolları, CV yazılması üsulları, intervyu qaydaları,o cümlədən Konstitusiya, “Əmək Məcəlləsi” və digər müvafiq qanunlar haqqında məlumatlardan ibarət olan toplu hazırlanıb, bukletlər çap olunub. Hazırda iştirakçıların müraciəti və seçim prosesi davam edir.