[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed36.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olan “Psixo-SOS Forumu” adlı layihəsinə start verilib. Layihə rəhbəri Şəhla Cəlilzadə qeyd edib ki, “Psixo-SOS Forum” adlı layihənin başlıca məqsədi gənclər arasında mövcud olan və son zamanlarda xüsusən artan intihar halları, ünsiyyət əngəlləri, önyarğı, stressin idarə olunması, psixoloji problemlərin qarşısının alınması, həll yollarının tapılması və inkişaf etdirilməsidir. Gənclərin “Psixo-SOS Forumu” layihəsində 60 nəfərin, psixoloq, sosioloq, ictimaiyyət və KİV nümayəndələri və problemli gənclərin birgə iştirakı ilə maarifləndirmə və təbliğat xarakterli qarşılıqlı fikir mübadiləsi aparılacaq. Burada məqsəd gənclərdə pozitiv düşüncənin, özünə inamın formalaşdırılması və gənclərimizin psixoloji inkişafına stimul verməkdir. Layihə çərçivəsində əsasən problemli gənclərin və mütəxəssislərin iştirak edəcəyi Forum təşkil olunacaq. Forumda iştirak edən gənclər və professionallar tərəfindən gündəlik həyatımızda bizi narahat edən problemlərin müzakirə olunacaq və həll yolları araşdırılacaq. Layihə iştirakçı gənc psixoloq və sosioloqların təcrübə qazanmasına imkan yaradacaq və gənclər arasında kütləviləşən psixoz hallarına münasibətdə ictimai rəyin formalaşdırılmasına bir vəsilə olacaq. 14-29 yaş arası istənilən gənc layihədə iştirak edə bilər. Layihə ümumilikdə 16 iyul – 16 sentyabr 2014-cü il tarixlərini əhatə edir. Xatırladaq ki, online ərizə forması ilə müraciətlərin qəbulu davam edir. Forum sentyabr ayının ilk həftəsində Bakı şəhərində keçiriləcək.