[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-514.jpg ” ] 20 avqust 2014-cü il tarixində saat 19:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində (rəssam Əli Şəmsinin emalatxanası ilə üzbəüz) “Yaşayan tarix” adlı Heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcəkdir. Sərgidə Azərbaycan və Dünya tarixi şəxsiyyətlərinin büstləri sərgilənəcəkdir. Qəbul edilən ərizə və keçirilmiş müsahibə nəticəsində seçilən 20 gənc heykəltəraşın bir ay ərzində hazırladıqları tarixi şəxsiyyətlərin büstlər nümayiş ediləcəklər. Layihənin məqsədi Azərbaycan İncəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək , gənc istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələririnin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı- ayrı yerlərində yerləşdirilməsinə kömək etməkdir.