[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-133.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Bələdiyyəsinin Məhəllə Komitələrində Gənclərin İştirakının Artırılması” layihəsi çərçivəsində 16-17 avqust 2014-cü il tarixində Sumqayıt şəhərində “İctimai Vəkillik (Advokasi)” mövzusunda təlim təşkil edilib. Təlimi giriş sözü ilə açan layihə üzrə əlaqələndirici İsmayıl Kərimov təlimin məqsədi və iki günlük proqram haqqında məlumat verib. Təlimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Rahim Rəhimov təlimin gedişatı haqqında təəssüratlarını bölüşərək iştirakçılara uğurlar arzulayıb. İki günlük təlimdə təlimçi Günel Səfərova təlim iştirakçılarına advokasi anlayışı, məqsədi, onun mərhələlələri, uğurlu advokasi prosesində problemin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi advokasinin digər mərhələləri interaktiv metodla iştirakçılara çatdırıb. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılanıb. Təlimin sonunda ümumi qiymətləndirmə aparılıb və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17207″ id=”17207″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]