[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-69.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Avrolimp Düşərgəsi” adlı fərdi layihə çərçivəsində gənclər üçün düşərgə təşkil olunub. Düşərgədə qızlar və oğlanlardan ibarət 16 nəfərlik gənclər heyəti iştirak edib. İki gün müddətində davam edən düşərgə Bakı-2015 ilk Avropa Oyunlarının təbliğatına həsr edilib. Layihə direktoru Həzrət Qonaqov qeyd edib ki, “Avrolimp Düşərgəsi”nin başlıca məqsədi dövlətimizin ev sahibliyi etdiyi ilk Avropa Olimpiya Oyunlarının gənclər arasında təbliğatıdır. Düşərgədə gənclər üçün Olimpiya oyunları, eləcə də ilk Avropa Oyunları ilə bağlı təqdimatlar nümayiş etdirilib. Layihə direktoru ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mühüm tarixi əhəmiyətindən bəhs edib və bu böyük oyunlar barədə vacib statistik göstəriciləri iştirakçılara çatdırıb. Düşərgə müddətində olimpiya oyunları ilə bağlı müxtəlif video-çarxlar da izlənilib. Düşərgənin son günü isə layihənin iştirakçıları xüsusi sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırılıblar və düşərgə həyatından fotolar çəkilib. Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17129″ id=”17129″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]