[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed28.jpg ” ]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Natiqlik məktəbi” layihəsi çərçivəsində “Müasir Linqvistika və bədən dili haqqında” təlim keçirilib. Tədbirdə YAP GB ofisinin rəhbəri Əli Pənahov, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov, layihə rəhbəri Elməddin Əmirov və fəal gənclər iştirak edib. Çıxış edən YAP GB ofisinin rəhbəri Əli Pənahov təlim haqqında məlumat verib. Bildirib ki, belə təlimlər gənclər üçün mühüm əhəmiyyət kəsb edir. Daha sonra çıxış edən layihə rəhbəri Elməddin Əmirov “Natiqlik məktəbi” layihəsi haqqında məlumat verib. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov isə gənclərə “Bədən dili” haqqında məlumat verib: ““Bədən dili” nin anlamı siqnal ötürmək deməkdir. Biz hərəkətlərimizlə insanlara nəyisə başa salmağa çalışırq. İnsanlara söz 7%, səs tonu 38%, bədən dili isə 55 % təsir edir. “Bədən dili”ndən siyasətçilər müntəzəm olaraq istifadə edir”. Tədbir müzakirələrlə davam edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17110″ id=”17110″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]