[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed26.jpg ” ]
«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cəza intiqam deyil, cəza tədbiridir” layihəsini həyata keçirib. Layihə çərçivəsində tədbir avqust ayının 4-də 4 saylı Cəza Çəkmə Müəssisəsində keçirilib. Layihənin məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. CÇM-nin əməkdaşları da iştirakı ilə keçirilən tədbirdə məhkumlar üçün mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Məhkumların sualları cavablandırlıb, azadlığa çıxdıqdan sonra məhkumların sosial reabilitasiyası ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Layihə çərçivəsində mövzu ilə əlaqədar çap edilmiş kitab və buklet iştirakçılar arasında paylanılıb.