[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed22.jpg” ]
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Gəncə-Qazax iqtisadi zonasında bir neçə bölgəni əhatə edən “Özünü tanı, hüququnu bil!” layihəsinin icrasına başlayıb. Avqustun 2-də Daşkəsən rayonunda 30-dan artıq gənc qadın və qızların iştirakı ilə erkən nikah və fəsadları, şəxsin özünüdərk prosesi, fərdi inkişafı, arzularının və onlara aparan yolların seçilməsi, pozitiv düşüncə tərzi ilə insanın özünü realizə etmə bacarıqları mövzusunda seminar və mövzunun – xüsusən də məişət zorakılığına yol açan səbəb kimi erkən nikahın fəsadlarının müzakirəsi məqsədilə rayon ictimaiyyəti, icra nümayəndələri ilə birgə dəyirmi masa keçirib. İcraçı təşkilat “Özünü tanı, hüququnu bil!” adlı layihəsinin icrası üçün, keçirəcəyi növbəti tədbir Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində avqustun 22-də Göygöl bölgəsində gerçəkləşəcəkdir. Eyni mövzu altında layihənin növbəti seminarı Şəmkir bölgəsində sentyabr ayı üçün, son tədbir kimi isə daha geniş əhali kütləsinə çatması məqsədi ilə, Kəpəz tv-də layihə heyəti, yerli icra orqanları, QHT nümayəndələri və ekspertlərin iştirakı ilə eyni “Özünü tanı, hüququnu bil!” başlığı ilə maarifləndirici proqramın hazırlanması nəzərdə tutulur. Layihənin başlıca məqsədi bölgədə olan qızların fərdi inkişaf, erkən nikah mövzusunda maariflənməsi və məişət zorakılığının qarşısının alınmasına yardım etməkdən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17043″ id=”17043″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]