[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-103.jpg ” ]
12 avqust 2014–cü il tarixində “ABŞERON” Rəsm Qalereyası” nda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Gəncliyim – Mənim Dünyam” adlı gənclər arasında rəsm sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Gənclər təşkilatlarının nümayəndələri və yaradıcı gənclər iştirak edib. İlk olaraq “Mənim Gəncliyim – Mənim Dünyam” layihəsinin rəhbəri Cəmilə Əliyeva qonaqları və iştirakçıları salamlayaraq onları layihə haqqında məlumatlandırıb. Layihə rəhbəri qeyd edib ki, bu layihəyə 25 nəfərə yaxın yaradıcı gənclərin hazırladıqları rəsm əsərlərinin sərgisi formatında təşkil olunmaqla yanaşı təqdim edilən rəsm əsərləri vasitəsilə gənclər öz ölkələrində onları valeh edən təbiəti, mədəniyyəti, insanı, arxitekturası, bir sözlə onları vətənə bağlayan rəsmlər vasitəsilə cəmiyyətə kiçicik mesaj vermiş olurlar. Əlbəttə ki, bu mesaj “Bizim Dünyamız Azərbaycan” dır. Sonra söz qonaqlara verilib. Onlar da layihənin iştirakçılarına uğurlar arzu edərək sərgi ilə bağlı fikirlərini bölüşüblər. Sonda qonaqlar yaradıcı gənclərin hazırladıqları rəsm əsərləri ilə tanış olubar. İştirakçılara şəhadətnamələr təqdim olunub. Qeyd edək ki, Gənclər Fondunun elan etdiyi beşinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən “Mənim Gəncliyim – Mənim Dünyam” adlı gənclər arasında rəsm sərgisi layihəsinin keçirilməsində əsas məqsəd gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək olmaq və onlar arasında müsbət əhval-ruhiyyəni yaratmaqdan ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17009″ id=”17009″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]