[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-217.jpg ” ]
Sumqayıt Tələbələr İttifaqı tərəfindən 09-10 avqust 2014-cü il tarixində “Akademiya” Region gənclərinin ictimai fəaliyyətinin artırılması layihəsi çərçivəsində “Layihə yazılışı və “Fandreyzinq” modulları üzrə təlimlər keçirilib. Təlim təlimçi İsmayıl Kərimov tərəfindən aparılıb. Təlim zamanı iştirakçılar “Layihə yazılışı” və “Fandreyzinq” modulları üzrə təşkil olunan rollu oyun və qrup işlərində iştirak ediblər. Layihənin əsas məqsədləri region gəncləri arasında ictimai aktivliyi, ünsiyyət bacarıqlarını və təlimçilik bacarıqlarını artırmaqdır. Layihənin keçirilməsi məqsədilə 25 nəfər aktiv gənc seçilib. Onlara liderlik, təşkilati quruculuq, layihə yazılışı, Azərbaycan Gənclər Fonduna müraciət, fandreyzinq, ünsiyyət bacarığı, təlimçilik bacarığı kimi mövzular üzrə 3 ay müddətində təlim keçiriləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16997″ id=”16997″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]