[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-102.jpg ” ]
Quba rayonunda Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər paytaxtı Quba gənclərin gözü ilə” ictimai aktivlik layihəsinə start verilib. Layihə rəhbəri Pərviz Muradovun qeyd edib ki, layihənin gerəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin üzə çıxarılması, gənc liderlər şəbəkəsinin formalaşdırılmasıdır. Layihə çərçivəsində 14-18 yaşlı gənclər liderlik məktəbi çərçivəsində təşkil olunacaq 4 günlük təlimlərə cəlb olunub. Layihənin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və Liderlik məktəbinə seçilmiş 20 nəfər gənc iştirak edib. Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasından sonra ölkədə gənclərin ictimai fəallığının artıdğını, bir-birini ardınca müxtəlif məzmunlu və əhəmiyyətli layihlərini gerçəkləşdiyini bildirblər. Qeyd edək ki, 4 gün davam edəcək təlimlərdə Quba rayonunun müxtəlif kənd və qəsəbələrində, eləcə də rayon mərkəzində yaşayan 14-18 yaşlı 20 nəfər gəncə peşəkar təlimçilər tərəfindən “Şəxsi inkişaf və fərdi potensalın üzə çıxarılması”, “Liderlik”, “Natiqlik” və “Layihələrin yazılması və idarə edilməsi” mövzularında təlimlər keçiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16981″ id=”16981″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]