[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed15.jpg ” ]
“ASAN Könüllüləri” Gənclər Təşkilatı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirtdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu layihəsi çərçivəsində təlimlər başa çatıb və ilk hazırlıq oyunu keçirilib. Qeyd edək ki, ilk oyun şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməklə başlayıb. Təlimlər Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında dəfələrə fəqrlənmiş oyunçulardan olan Tural Sultanov və Asim İbrahimli tərəfindən keçirilib. Sözü gedən layihəyə 78 iştirakçıdan ibarət 13 komanda qoşulacaq. Təlimlər zamanı oyunun qaydaları, oyun zamanı daha uğurlu olmaq üçün müxtəlif məsləhətlər, hazırcavablılıq və digər mövzular əhatə olunub. Bu layihə çərçivəsində 2 hazırlıq və kubok uğrunda 3 oyunun keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” layihəsinin əsas məqsədi məntiqi düşüncə və arqumentsiya, gənclərin komandada iş bacarığı və mövcud biliklərdən maksimum yararlanmaq qabiliyyətinin inkişaf olunmasıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16933″ id=”16933″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]