[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/azgf.jpg ” ]
“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin zərərli vərdişlərə qarşı mübarizə kampaniyası” adlı layihənin icrasına start verib.
Layihənin məqsədi Azərbaycanın regionlarında (Saatlı və Hacıqabul rayonları) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyaya qarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılmasıdır.
Saatlı və Hacıqabul rayonlarında həyata keçiriləcək layihədən əsasən 14-29 yaş arası gənclər, yeniyetmələr, orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, institut və kollec tələbələri faydalanacaq. 150-200 nəfərin iştirakı ilə keçiriləcək təlimlərdə yeniyetmə və gənclər mütəxəssislər tərəfindən maarifləndiriləcək, təlim materialları və bukletlərlə təmin olunacaqlar.