[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed8.jpg ” ]
12 iyul 2014-cü ildə Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə iyul-oktyabr 2014-cü il tarixlərində həyata keçirilən “Sumqayıt Bələdiyyəsinin Məhəllə Komitələrində Gənclərin İştirakının Artırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhərin müxtəlf gənclər təşkilatları, yerli KİV nümayəndələri və şəhərin ictimai fəal gəncləri iştirak edib. Tədbirdə çıxış edən layihənin koordinatoru layihənin məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, layihənin başlıca məqsədi Sumqayıt şəhərində məhəllə komitələrində gənclərin iştirakını artırmaqla onların yerli özünüidarəetmə orqanlarında mövqelərini gücləndirməkdir. O, layihə çərçivəsində fəal gənclərlə bələdiyyə strukturlarında işləyən gənclərin əməkdaşlığı üçün layihə iştirakçılarına vətəndaşlıq təhsili, ictimai iştirakçılıq, yerli özünüidarəetmə orqanları, strateji planlaşdırma, layihə yazılışı, liderlik, ictimai maraqların qorunması və fandreyzinq mövzularında təlim keçirilməsinin və habelə 350 nüsxə “yerli özünüidarəetmə orqanları və gənclərin iştirakçılığı” mövzusunda kitabın nəşr edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Çıxışda qeyd edilib ki, təlimlərdən sonra bələdiyyə strukturlarında gənclər üçün aktual olan məsələlərlə bağlı strategiyanın və ictimai siyasətin qurulması üçün əməkdaşlıq davam etdiriləcək. Çıxışlardan sonra layihənin koordinatoru layihə ilə bağlı sualları cavablandırıb. Tədbirdə şəhərin ictimai fəal gəncləri gənclərin bələdiyyələrdə, habelə məhəllə komitələrində iştirakı, bələdiyyə və gənclər arasındakı əməkdaşlıq məsələlərində mövcud problemləri, perspektivləri, görüləcək zəruri fəaliyyətləri müzakirə edib layihənin bu məsələdə əhəmiyyətini vurğulayıb və həyata keçiriləcək layihə ilə bağlı rəylərini və təkliflərini bildiriblər.