[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-25.jpg ” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” adlı layihə həyata keçirilib. Layihənin əsas məqsədi ətraf mühitin qorunmasında gənclərin rolunun artırılmasından ibarətdir. Bakı şəhərində həyata keçirilən layihədən əsasən yeniyetmə və gənclər faydalanıb. Layihə icrası zamanı yeniyetmə və gənclərlə görüşlər keçirilib, “Ətraf mühiti qoruyaq” adlı qrup yaradılaraq, maarifləndirici təlimlərə cəlb ediliblər. Məqsəd ətraf mühitlə bağlı gənclərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bununla da təbiətin qorunmasında insanların təşəbbüskarlığının artırılmasıdır. Təlim zamanı ətraf mühit, qlobal iqlim dəyişikliyi və buna səbəb olan amillər, ekologiyanın qorunması üçün hər bir şəxsin görə biləcəyi tədbirlər müzakirə olunub. Sonda aparılan işlərin effektivliyini müəyyən etmək üçün qiymətləndirmə aparılıb və iştirakçıların layihənin əhəmiyyəti ilə bağlı fikirləri öyrənilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16775″ id=”16775″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]