[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed33.jpg ” ] İyulun 18-də Quba Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyi “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihənin təqdimat mərasimini həyata keçirib. Tədbirdə Quba və Qusar rayonlarının Gənclər və İdman İdarələrinin rəisləri, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi, yerli gənclər təşkilatlarının rəhbərləri və üzvləri, KİV nümayəndələri, idmançılar və müxtəlif sahələrin gəncləri iştirak edib. Giriş sözü ilə tədbiri “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Ramin Xudayev açıq elan edərək layihə haqqında geniş məlumat verib. O, bildirdi ki; “layihə Quba, Qusar və Xaçmaz rayonları olmaqla regionu əhatə edəcək və layihə müddətində müxtəlif idman və intellektual yarışlar təşkil olunacaqdır. Artıq hazırlıq mərhələsi bitib və layihə öz işinə başlayıb”. Təqdimat mərasimində iştirak edən dövlət nümayəndələri və qeyri – hökumət təşkilatları nümayəndələri də bu layihənin aktuallığını ön plana çəkiblər. Təqdimatın yekununda layihəni əks etdirən slayd-şou nümayiş etdirilib və KİV nümayəndələrinin sualları cavablandırılıb.