[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-314.jpg ” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində Ağstafa rayonunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əziz Məsmalıyev rayon gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində görülən işlərdən danışıb. Natiq qeyd edib ki, Ağstafa rayon İcra Hakimiyyəti vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. “Yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyə olunması fəaliyyətimizin əsas hissəsini təşkil edir”, – deyə Ə.Məsmalıyev bildirib. Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev Azərbaycan xalqının tarixi uğurlarından danışıb. Şöbə müdiri deyib ki, Azərbaycan tarixini dərindən öyrənən hər bir gənc öz soy-kökü ilə fəxr edə bilər: “Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, həm də insan potensialı ilə zəngin bir ölkədir. Azərbaycanda doğulduğumuz, Heydər Əliyev ideyalarından bəhrələndiyimiz üçün özümüzü xoşbəxt saya bilərik. Heydər Əliyev ideologiyasını mənimsəyən gənc heç vaxt yad elementlərin təsiri altına düşməz. Ulu öndər Heydər Əliyevin ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşmasına çox böyük ehtiyac var”. Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb. “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Qazax rayon Gənclər Mərkəzində böyük bir tədbir keçirilib. Yaxın bir ayda Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində də gənclərin iştirakı ilə tədbirlər keçirlməsi nəzərə alınıb. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub”. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. Tarixçi-alim deyib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının həyatında yeni mərhələ başlayıb: “Heydər Əliyev ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşdırılmasına böyük ehtiyac var. Yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər”.S.Talıblı radikal dini təriqətlərin gənclər arasında fəallaşmasından narahatlığını dilə gətirib. Qeyd edib ki, Azərbaycan gənclərinin Suriyada və qarışıqlığın hökm sürdüyü digər ölkələrdə vuruşması üçün heç bir predmet yoxdur: “Gənclərimizi yad ünsürlərin təsirindən qorumağı özümüzün əsas vəzifəsi hesab edirik”. TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov Azərbaycanda yaşamağın onun üçünqürur mənbəy iolduğunu deyib. E.Camalov həmyaşıdlarını sabitliyin, əmin-amanlığın keşiyində dayanmağa səsləyib: “Hər birimiz Ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olmalıyıq”. Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16588″ id=”16588″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]