[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/IMG_5012.jpg ” ]
Sumqayıt Tələbələr İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 19-20 İyul 2014-cü il tarixlərində “Akademiya” Region gənclərinin ictimai fəaliyyətinin artırılması layihəsi çərçivəsində “Liderlik” və “Təşkilati quruculuq” modulları üzrə təlimlər həyata keçirib. Təlimlər Ayaz Abuşov, Orxan Suleymanov və Zaur Ağazadə tərəfindən aparılıb. Təlim zamanı iştirakçılar “Liderlik” və “Təşkilati quruculuq” modulları üzrə oyun, “buz qıran”, simulyasiyalarda iştirak ediblər. Layihənin əsas məqsədləri region gəncləri arasında ictimai aktivliyi, ünsiyyət, bilik və təlimçilik bacarıqlarını artırmaqdır. Layihənin keçirilməsi məqsədi ilə 25 nəfər aktiv gənc seçilib. Onlara liderlik, təşkilati quruculuq, layihə yazılışı, Azərbaycan Gənclər Fonduna müraciət, fandreyzinq, ünsiyyət və təlimçilik bacarığı kimi mövzular üzrə 3 ay müddətində təlim keçirilməsi nəzərdə tutulub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16547″ id=”16547″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]