[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/IMG_0277.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tarixdən bu günə inkişaf: Dağlıq Şirvan” layihəsi yekunlaşıb. Layihənin əsas məqsədi ölkəmizin tarix turizmi, sənaye və digər sahələrdə inkişafı ilə seçilən Dağlıq Şirvan regionunun gənclərə tanıdılmasına və bununla da onları regionun inkişafına maraqlarının yaranmasına həvəsləndirməkdən ibarətdir. Layihə çərçivəsində gənclərə regionun tarixi əhəmiyyəti və müasir inkişafı ilə bağlı məlumatlar təlim şəklində iştirakçılara çatdırılıb və növbəti gün həmin regiona səfər təşkil edilibdir. Səfər çərçivəsində iştirakçılar Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş tarixi Cümə Məscidi, Mirzə Ələkbər Sabirin ev muzeyinə, İsmayıllı şəhərində isə tarixi Lahıc qəsəbəsinə və İvanovka kəndinə səyahət edib və bələdçilər tərəfindən onlara region barədə məlumatlar verilib. Layihə rəhbəri Kamal İsmayıllı qeyd edib ki, gəncləri qədim tariximizlə yanaşı, müasir dövrdə nail olduğumuz uğurlarla tanış etməklə onları bu uğurlardan motivasiya alaraq inkişafa doğru addımlamağa sövq edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16505″ id=”16505″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]