[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-117.jpg ” ]
«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Vətənimizin inkişafı üçün ictimai fəallıq» adlı layihənin icrasının II mərhələsinə Qubada başlayıb. Tədbirə Quba rayon gəncləri ilə yanaşı, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və rayon ictmaiyyətinin nümayəndələri də qatılıb. «Həmrəy» GMDİB-nin sədri Yəhya Babanlı “Dövlət gənclər siyasəti haqqında məlumat verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Gənclər paytaxtı ənənəsindən danışaraq,Qubanın bu ilin “Gənclər paytaxtı” elan edilməsi münasibətilə rayon gənclərini təbrik edib və gənclərin üzərinə düşən məsuliyyət barədə fikirlərini səsləndirib”. Tədbirin böyük maraq doğurduğunu vurğulayan digər çıxış edənlər, belə layihələrin gənclərin vətənimizin inkişafı üçün ictimai fəal olmalarında böyük rol oynadığını bildiriblər. Sonra təlimçi, Bakı Dövlət Universtetinin müəllimi, t.ü.f.d Elvin Əliyev “Azərbaycan gəncliyi: milli dövlətçiliyimiz – milli mənliyimizdir” mövzusunda seminar aparıb. Dəyirmi masa seminarın qarşılıqlı diskusiya şəklində keçməsi Quba gənclərinin belə tədbirlərə marağının olduğunu təsdiq edib. Sonda, iştirakçılara sertifikatlar verilib və xatirə şəkli çəkilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin I mərhələsi cari ilin iyul ayının 9-da Siyəzən, 10-da Xızı, 11-də Şabran rayonunda keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16448″ id=”16448″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]