[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed13.jpg ” ]
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 16.07.2014-16.11.2014 tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası” adlı layihəsinə start verib. Layihə müddətində gənclərə liderlik qabiliyyətinin inkişafına yönəldilmiş Sosial davranış,İctimai fəallıq, Strateji planlaşdırma, Könüllülük, Problemin seçilməsi, Layihə təklifinin yazılması, Büdcənin tərtib olunması, Fəaliyyət planı,İcra planı, Natiqlik, İctimai çıxış, İctimai Vəkillik, Sosial media, Gender bərabərliyi kimi müxtəlif mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd fəal gənclərin liderlik bacarıqlarına yiyələnmələrinə, gələcəkdə müstəqil layihələrin yazılması və idarə edilməsinə, yerli gəncləri vahid aktiv vətəndaşlıq məsələsi ətrafında toplamaqla onlara çoxlu imkanlar təmin edilməsinə köməklik etməkdir. Eyni zamanda layihə iştirakçıları yerli QHT –lər haqqında ətraflı məlumat əldə edəcəklər. Gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması; Gənclər arasında şəbəkələşmənin genişlənməsi; Gəncə şəhərində yaşayan gənclərin informasiya bazasının yaradılması; Gəncləri komanda işi və liderlik bacarıqlarının aşılanması layihənin əsas prioritetləri sırasındadır.