[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-27.jpg ” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkomaniyaya yox-Sağlam həyata hə” devizi altında gənclər arasında tədbirlərin və idman yarışların keçirilməsi adlı layihə keçirilib. Tədbiri giriş sözü ilə açan DİN-n İdman Cəmiyyətinin fiziki təlim şöbəsinin rəisi İ.Siracov tədbir iştirakçılarını salamlayıb və bu yönlü layihələrə dəstək verən Gənclər Fonduna və Gənc Vətənpərvərlər Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirən İ.Siracov onuda qeyd edib ki,narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə idman cəmiyyətində maarifləndirmə işləri aparılır,ancaq bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımı proqram və layihələrin TV-də olmasını vacib sayırıq.Çıxış edən GVB-n sədri M.Əliyev bildirib ki, aldığımız məlumata görə ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Ölkədə 27910 nəfər narkoman rəsmi qeydiyyatdadır. Daha sonra çıxış edən sabiq polis təqaüdçüsü E.Məmmədov bildirib ki, bəşəriyyətin bu dəhşətli bəlasına AİDS,QİÇS-İİV-a qarşı ayrı-ayrı dövlət strukturları,QHT,KİV,hüquq-mühafizə orqanları,təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasınının qarşısını ala bilər.Tədbirdə 100 nəfər gənc iştirak edib. Onlara AİDS-QİÇS-İİV, alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verilib və yaranan psixoloji və fiziki asılılıq aspektləri izah edilib. Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam edilib.Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16311″ id=”16311″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]