[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed8.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Tələbə Təcrübə Proqramının təşkilati dəstəyi ilə “Karyeramın uğurlu başlanğıcı” adlı layihə reallaşdırılıb. İyunun 28-də keçirilən açılış mərasimində layihənin rəhbəri Emil Hüseynov və ATGTİ Tələbə Təcrübə Proqramının baş koordinatoru Cavad Mustafazadə çıxış edib layihənin ideyası, məqsəd və gözlənilən nəticələr barədə iştirakçıları məlumatlandırıb və onlara uğurlu karyera qurmaq istiqamətində müvəffəqiyyətlər arzuladıqlarını bildiriblər. “Uğurlu başlanğıc üçün münasib vaxtdır!” şüarı ilə həyata keçirilən layihə çərçivəsində ATGTİ-nin ofisində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə uğurlu karyera üçün tələb olunan şərtlər, şəxsi bilik və bacarıqlardan iş mühitində səmərəli istifadə etməyin yolları, cv-nin düzgün hazırlanması, müsahibələr zamanı davranış qaydaları, şəbəkələşmə, vaxtın idarə olunması və başqa mövzularda interaktiv və praktik təlimləri keçirilib. İyulun 5-dək davam edən təlimlərə həftə ərzində 90-a yaxın tələbə qatılıb. Hər bir təlim gününün sonunda isə layihə iştirakçıları sertifikatlarla mükafatlandırılıblar. Qeyd edək ki, layihə iştirakçıları təşkilat komitəsi tərəfindən motivasiyası əsasında son qeydiyyat tarixinə kimi www.atgti.az saytında müvafiq elektron ərizə formasını dolduraraq qeydiyyatdan keçən 443 müraciət arasından seçilib. Layihənin gənc ekspertləri isə Böyük Britaniyanın Şeffild Universitetinin məzunları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan resursları üzrə mütəxəssisi Nurlan Şixəliyev və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Tural Quliyev olub. Layihənin həyata keçirilməsində əsas məqsəd isə gənclərin səmərəli iş fəaliyyətinə cəlb olunma istiqamətində bilik və vərdişlərinin artırılması,peşəkar karyeraya uğurla başlamaq və gələcəkdə onların karyeralarının artan tempdə inkişafına töhvə verməkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16301″ id=”16301″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]