[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-17.jpg ” ]
«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi «Vətənimizin inkişafı üçün ictimai fəallıq» adlı tədbirlərinin birinci mərhələsinə Şabran rayonunda yekun vurub. Gənclərin aktivliyi ilə müşaiyət olunan tədbirə Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, Gənclər və İdman İdarəsinin rəisi rəisi Süleyman Əliməmmədov və rayon ictmaiyyətinin nümayəndələri də qatılıb. «Həmrəy»in sədri Yəhya Babanlı layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın gələcəyi olan gənclərimiz vətəninə məhəbbət, xalqına sevgi, elinə-obasına hörmət, öz ata-babalarının xüsusiyyətlərinə sədaqət ruhunda yanaşmalı və bu amillərə həyati əhəmiyyətli məsələ kimi baxmalıdırlar. Hazırda ölkədə aparılan mükəmməl gənclər siyasəti təkcə paytaxt deyil, region gənclərini də əhatə edir. Hər bir gənc bundan maksimum yararlanmalı və Vətənimizin inkişafında iştirak etməlidirlər. Bu sahədə qazanılan uğurlar Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir”. Təlimçi, Bakı Dövlət Universtetinin müəllimi, t.ü.f.d. Elvin Əliyev “Layiqli gənclik-əsl vətəndaşlıq: Vətəninin inkişafı üçün örnək nümunəsi” adlı seminar keçib. İnteraktiv şəklində keçən tədbirdə gənclərə Azərbaycan naminə həmrəy olmaları və Vətənimizin inkişafı üçün malik olduqları potensialdan maksimum istifadə etmələri barədə tövsiyələr verilib. Sonda, iştirakçılara sertifikatların verilib və xatirə şəkli çəkilib. Xatırladaq ki, tədbirlərin 2-ci mərhələsi bu ayın 16, 17, 18 də Quba, Qusar, Xaçmaz rayonlarında keçiriləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16289″ id=”16289″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]