[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-13.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə daha bir layihə uğurla həyata keçirilib. Xüsusi qonaqların dəvət edildiyi “6 Addım” adlanan layihədə kreativ videoların hazırlanması haqqında ətraflı məlumatlar verilib.Təlimlərdə iştirak etməyi arzu edən hər kəs üç ədəd kreativ formada çəkilmiş “selfi” fotosunu və şəxsi məlumatlarını [email protected] ünvanına göndərməklə qeydiyyatdan keçib. Bu şəkillər həmin iştirakçıların nə qədər kreativ və maraqlı olduqlarını yoxlamaq üçün olub. Öz video çəkiliş tərzi ilə gənc həvəskarların diqqətini çəkən Telman Bağırov layihə çərçivəsində iştirakçılara video hazırlanma proqramları, video hazırlığı, proqram təminatı, çəkiliş texnikası, kamera növləri və onların xüsusiyyətləri, kreativ videoların çəkilmə texnikası və hazırlanma yolları, video planlamanın 6 addımı barədə professional təlimlər keçib. Layihənin son günündə Azərbaycanın ən tanınmış fotoqrafları Orxan Aslanov və Çingiz Seyfullayev iştirakçılarla öz təcrübələrini və məsləhətlərini paylaşıblar. Layihənin video hesabatı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=YFnTZJR6vCY
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16228″ id=”16228″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]