[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/07/IMG_8068.jpg ” ]
Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsinin qaliblərindən biri olmuş “Mən ailəmi qoruyuram!” adlı layihəsi iki günlük seminar ilə öz işini uğurla başa vurub. Layihə çərçivəsində Şəkinin Sheki Palace mehmanxanasında iki gün ərzində Şəki gəncləri hepatit virusu, onun fəsadları və bu xəstəlikdən qorunmaları üçün maarifləndirici təlimləri dinləyiblər. Layihədə 200 nəfərlik gənc ilə iş aparmaq nəzərdə tutulsa da Şəki gəncliyinin mövzuya marağı daha böyük olub. Belə ki, tədbirdə 260 nəfərdən çox gənc iştirak edib. Layihənin işinə Grand Hospital və Roche Azərbaycan şirkətləri də dəstək verib. Seminarda çıxış edən layihə rəhbəri, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Günay Əliyeva seminarın məqsədi və onun işi haqqında iştirakçlara ətraflı məlumat verib. Daha sonra, Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev çıxış edərək seminarın önəmindən danışıb və Hepatit xəstəliyinin vüsət almaması üçün hər bir gəncin maarifləndirilməsi işinin aparılmasının önəmli olduğunu vurğulayıb. Seminarın təlimçiləri Türkiyədə Hepatologiya üzrə xüsusi ixtisas keçmiş hepatoloq həkimlər olub. Təlimlər arasında Hepatit haqqında ümumi məlumat, hamiləlik zamanı hepatit haqqında, hepatitin peyvəndi yolları və ondan qaçılması üçün profilaktik tədbirlər görülməsi, gənc ailələrin övladlarını peyvənd etməsi yolları adlı məlumatlar yer alıb. Seminarda iştirakçılara hepatit virusu haqqında bukletlər və digər seminar materialları paylanılıb. Şəki şəhərində keçirilən tədbirdə iştirak edə bilməyən gənclər üçün isə xüsusi olaraq seminarın internet səhifəsi yaradılmış və bütün seminar materialları burada yerləşdirilib. Ətraflı məlumatı www.menailemiqoruyuram.com saytında əldə etmək olar. Bundan başqa, seminarda iştirak edən gənclər və onların ailələri sentyabrın 1-nə kimi qüvvədə olacaq müxtəlif kuponlarla təmin edilib. Bu kuponlardan ən əsası Grand Hospitalda hepatitdən müayinə olunmaları üçün pulsuz müayinə kuponlarıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16217″ id=”16217″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]