[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-61.jpg” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 28 iyun 2014-cü il tarixində Lənkəran şəhərində “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda layihə keçirib. Tədbiri giriş sözü ilə birliyin sədri Həbibə Qəribova açaraq tədbir iştirakçılarını salamlayıb, narkomaniya, siqaret, alkoqol və s. zərərli vərdişlər barədə qısa məlumat verib. Sonra isə İctimai birliyin həkim-eksperti bu mövzular ətrafında geniş mühazirə ilə çıxış edib. Tədbirdə iştirak edən təhsil, səhiyyə, ictimaiyyət nümayəndələri və gənclər mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanılıb. Son olaraq birliyin nümayəndələri şəhər parklarında gənclər və ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər edib və bukletlər paylayıblar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16178″ id=”16178″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]