[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-16.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Xocalı Soyqırımı (Justice for Khojaly) səhifəsi “Mənim Xocalım” adlı foto-müsabiqəni təqdim edir.
Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən “Mənim Xocalım” mövzusu altında foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar. Layihə bitdikdən sonra müəlliflərin foto-şəkilləri layihənin Facebook səhifəsinə yükləniləcək. Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir: 1. Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 5 (beş) ən yaxşı foto-şəkli seçəcək və bu 5 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar; 2. Qaliblər müvafiq mükafatlar əldə edəcəklər; 3. Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər. Foto-müsabiqənin şərtləri:
Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar Xocalı Soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar Xocalı Soyqırımını özündə əks etdirməlidir. Fotolar rəngli, eləcə də ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:
1. Müəllifin adı və soyadı, təvəllüdü və şəklin adı;
2. Fotolar son 1 il ərzində çəkilməlidir;
3. Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;
4. Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;
5. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;
6. Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;
7. İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;
8. İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;
9. Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;
10. Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir; 11. İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;
12. Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.
Fotolar 5 iyul 2014-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.
Layihənin rəhbəri: Cavad Salmanlı
E-poçt: [email protected]
Tel: 0505741214