[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-141.jpg” ]
“Atəşgah” İntellektual Oyunlar Klubu və Beynəlxalq Klublar Assosiasiyasının Sankt-Peterburq filialı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azerbaijan-Land of fire” adlı beynəlxalq intellektual festival təşkil edib. Festival Azərbaycan İntellektual Oyunlar Federasiyasının egidası altında 21-22 iyun 2014-cü il tarixlərində Sankt-Peterburq şəhərinin “Holiday Inn” otelində baş tutub.
Turnirdə xarici bilicilərdən təşkil olunmuş 45 komanda iştirak edib. Festivalın proqramına “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, eləcə də milli intellektual oyun olan “Xəmsə” üzrə yarışlar daxil edilmişdir. Yarışda istifadə olunan sual paketlərinin müəllifləri isə yerli və xarici bilicilər idi. Onlar arasında azərbaycanlı redaktorlar Roman Orkodaşvili və Rüfət Abdulla, eləcə də Beynəlxalq Klublar Assosiasiyasının sertifikatlaşdırılmış redaktorları Dmitriy Borok və Leonid Klimoviç var idi.
Festivalın aparıcısı tanınmış bilici, “Nə? Harada? Nə zaman?” üzrə magistr Aleksandr Druz oyunu özünəməxsus tərzdə aparıb. Turniri açılış nitqi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov açıq elan edib. O, ölkəmizdə aparılan gənclər siyasətinin prioritet istiqamətlərindən biri kimi intellektual oyunların təşkilini qeyd edib. Faiq Qürbətov Gənclər Fondunun ölkəmizin populyarlaşdırılması istiqamətində atılan addımları gələcəkdə də dəstəkləyəcəyini vurğulayıb.
Daha sonra çıxış edən “Atəşgah” İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişlinin sözlərinə görə, festivalın keçirilməsində məqsəd əcnəbi biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etməkdir. İlkin Yetirmişli qeyd edib ki, bu tip ilk yarış ötən ilin noyabr ayında Riqa şəhərində təşkil olunub. O, bu uğurlu ənənəni davam etdirəcəklərini söyləyib.
Festival iki gün davam edib. Turnirin bütün iştirakçılarına Azərbaycanla bağlı suvenir və hədiyyələr verilib. Festivalın qaliblərinə isə dəyərli mükafatlar, medallar və kuboklar təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16050″ id=”16050″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]