[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-101.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ilk dəfə keçirilən “Bakı Start-Up Sərgisi” 27-28 iyun 2014-cü il tarixlərində Mont Inn otelində baş tutub. Sərgidə biznes inkubator, veb sayt, dizayn studio, marketinq, tərcümə xidmətləri, e-ticarət sahəsi üzrə “start-up”lar iştirak edib.
Tədbirdə yerli iştirakçılarla yanaşı, Gürcüstanın İlia Dövlət Universitetinin Biznes Məktəbinin və beynəlxalq fəxri qonaq qismində dünyanın ən böyük biznes inkubator mərkəzlərindən olan “Plug and Play Tech Center”in nümayəndəsi də iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açıq elan edən sərginin koordinatoru Vüqar Rüstəmli, “Plug and Play Tech Center”, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Gürcüstanın İlia Dövlət Universitetinin nümayəndələri iştirakçıları salamlamışlar. 2 gün davam edən sərgidə iştirakçılara ziyarətçilər ilə səmərəli əməkdaşlığın yaradılması, yeni tərəfdaş və müştəri tapmaları üçün şərait yaradılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16033″ id=”10633″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]