[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-211.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın dəstəyi və “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” adlı layihənin icrasına başlanılmışdır. Tədbirdə qeyd edilmişdir ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı kimi dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədlərinin olması qürurverici haldır.
Layihəyə dəstək verən mütəxəssis və könüllülərin iştirak etdiyi tədbirdə qeyd edilmişdir ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin aktiv və könüllü cəlb edilməsidir. Ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda əhalinin ətraf mühütin qorunması və ekoloji maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni ekoloji düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrindən biri kimi qarşıda durur. İnsanların təbiətə dərk edilməmiş münasibəti bu sahədə daha sürətli inkişafa nail olmağa imkan vermir. Ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri hökumət təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilmiş kütləvi maarif sisteminin yaradılmasına, onlarda təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ciddi ehtiyac duyulur. Bilik və bacarıqların gələcəyə ötürülməsində ən aktiv qüvvə gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır. Regionda yaşayıb fəaliyyət göstərən gənclərimizin bu sahədə maariflənməsinə və inkişaf etdirilməsinə ehtiyac daha çoxdur. Davamlı inkişafın təmin edilməsi məsələləri region gəncləri üçün yeni bir istiqamətdir və bu biliklərə yiyələnmək onların gələcək fəaliyyətlərində peşəkarlığa doğru böyük addım olacaq.
Tədbir qarşılıqlı fikir mübadiləsi və yekun fəaliyyət planının təsdiqi ilə davam etmişdir.