[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-121.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkomaniyaya Yox!-Sağlam həyata Hə!” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışlarının keçirilməsinə davam edir. BMM-də 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş “Milli Qurtuluş və Heydər Əliyev tarixi”, “Narkomaniya, QİÇS-İİV əleyhinə kütləvi idmanın rolu” mövzusunda elmi-nəzəri praktik konfrans və təlim keçirilib.
Konfransı layihə üzrə təşkilat komitəsinin üzvü N.Qaçayev açaraq 15 iyun-Milli Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, sonra layihə çərçivəsində keçirilən tədbirlərin mahiyyətindən danışıb.
Sonra çıxış edən GVB sədri M.Əliyev bildirib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb.
Tədbirdə digər qonaqlar mövzu üzrə çıxışlar etmişlər.
Tədbirin sonunda gənclərə Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanı, təsvirli köynək və Narkomaniya və QİÇS-lə bağlı maarifləndirici bukletlər və informasiya materialları paylanılıb.
Tədbirdə Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup fəal gənci, GVB-nin yerli şöbələri, idarə heyəti, layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər, idman ictimaiyyətinin nümayəndələri, təlimatçı məşqçilər, QHT və KİV təmsilçiləri iştirak etmişlər.