[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-11.jpg” ]
30 may 2014-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Texniklərin I Forumunun 2-ci günü baş tutub. Sayca birinci olmasına baxmayaraq, forumun ikinci günü də böyük maraqla davam edib. Forumun ikinci günü 2 paneldən ibarət olmuşdur.
Forumun 2-ci günündə moderator qismində Məhəmməd Səmədov və Cəmilə Abdullayeva çıxış etmişlər. Tədbiri giriş sözü ilə açan moderatorlar forumun gündəliyi haqda məlumat vermişlər. Gənc Texniklərin I Forumunun məqsədi Azərbaycanda texniki-peşə təhsili istiqamətində mövcud problemlərə toxunmaq, həmçinin texniki təhsil alan və almaq istəyən gəncləri bir araya toplamaq, inkişaf prioritetlərini müəyyənləşdirmək və gənclərdə texniki sahəyə maraq yaratmaqdan ibarətdir. Forumda dinləyici qismində iştirak edən iştirakçılar ölkənin müxtəlif təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər olmuşlar.
İkinci günün ilk panelinin qonağı gənc yazıçı və rejisor Orxan Muxtarlı olmuşdur. Orxan Muxtarlı “Qloballaşan dünya və texniki inkişaf” adlı mövzu ilə çıxış etmişdir. İkinci panel Speşl Psixologiya Mərkəzinin direktoru Nurlan Bəyləroğlu tərəfindən keçirilmişdir. Nurlan Bəyləroğlu “Texniki sahədə psixoloji aspektlər” mövzusunda çıxış etmişdir. Daha sonra fasilənin ardından ikinci gün yekunlaşdırılmış və 3-cü günün ekspertləri elan olunmuşdur.
Qeyd edək ki, 200-dən çox gəncin iştirak etdiyi sayca ölkəmizdə birinci olan bu forum 3 gün davam edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15925″ id=”15925″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]